2013-ci ildən “Əmlak Məsələləri Dövlət Komitəsi”nin 33 mərtəbəli İnzibati Binasının (Propert Tower) inşasına başlanıb. Bina Avstriyanın “Hoffman Janz” memarlıq şirkəti tərəfindən lahiyələndirilib.
Binanın ümumi hündürlüyü 134 metr olmaqla 33 mərtəbədən ibarət olacaq. Belə ki, binanın bir mərtəbəsi digər mərtəbəyə nisbətən 2,6 dərəcədə dönür. Nəticədə sonuncu mərtəbə birinci mərtəbəyə nisbətən 90 dərəcə dönərək qeyri-adi görüntü yaradır. Bu bina Qafqazda bir ilk olacaq. (fins)
Əmlak Komitəsinin binası Qafqazda ilk olacaq - 90 DƏRƏCƏ DÖNƏN BİNA
15:55
31 Okt 2018