Dünyada mənzillərin qısa müddət üçün kirayəyə verilməsi məsələsi qanunvericiliklə tənzimlənməlidir.
Dövlət yeni mənzilləri satışa çıxardı – AYLIQ 357 MANATDAN BAŞLAYIR - SİYAHI
FED.az xəbər verir ki, bunu Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) vitse-prezidenti Riin Alatalu Bakıda keçirilən "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş panel iclasında bildirib.
"Bu məsələ bəzi şəhərlərdə tənzimlənir, bəzilərində isə heç nəzərə alınmır. Bu halda yerli icmalar özlərini öz binalarında təhlükəsiz hiss etmirlər. Bir binada 10 mənzildən 8-i kirayəyə verilsə də, binanın sakinləri bura gələn insanlarla bağlı məlumatlı olmurlar. Təhlükəsizlik məsələsi əsas vəzifələrdən biridir", - deyə o qeyd edib.
Bundan başqa, R.Alatalu deyib ki, qədim şəhərlərdə kirayə qiymətləri yüksəkdir: "Qədim şəhərlərdə az insan yaşayır. Belə şəhərlərdə mağaza və digər obyektlərin istifadəsi ilə tədqiqat aparmışıq. Qədim şəhərlərdə gecə klubları açılan zaman yerli icmalar nəzərə alınmalıdır. Yerli insanların təhlükəsizliyini və əmin-əmanlığını qorumalıyıq".
Xatırladaq ki, bu gün Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və s. mövzularda müzakirələr aparılır. (Report)