Hərraca çıxarılan dövlət avtomobilləri məlum olub. FED.az xəbər verir ki, 24 və 31 iyul tarixlərində keçiriləcək hərraclara ümumilikdə istehsal ili 2006-2007-ci illərə aid 8 avtomobillər çıxarılacaq. Avtomobillərin ilkin start qiyməti 1600 manatdan 25200 manata kimidir. Ən ucuz avtomobil 1600 manata təklif edilən Maliyyə Nazirliyinə aid Chery Eastar avtomobilidir. Ən bahalı model isə 25200 manata təklif edilən Ali Attestasiya Komissiyasına aid BMW 730 avtomobilidir.
24 iyul
Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
Maliyyə Nazirliyi | Chery Eastar | 2007 | 1600 | 160 |
Maliyyə Nazirliyi | Nissan Sunny | 2006 | 2300 | 230 |
Ali Attestasiya Komissiyası | Mercedes Benz E350 | 2007 | 17 000 | 1700 |
Ali Attestasiya Komissiyası | BMW 730 | 2006 | 19350 | 1935 |
31 iyul
Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
Nazirlər Kabineti Aparatının İşlər İdarəsi | BMW 730 | 2006 | 25200 | 2520 |
Milli Məclisin İşlər İdarəsi | Nissan Maxima | 2006 | 2350 | 235 |
Daxili Işlər Nazirliyi | FIAT Doblo | 2007 | 3500 | 350 |
Daxili Işlər Nazirliyi | FIAT Doblo | 2007 | 3500 | 350 |