ABŞ-ın Corciya ştatında Tumsboro şəhəri 1,7 milyon dollara satışa çıxarılıb. FED.az xəbər verir ki, bu qiymətə şəhərdəki yaşayış binaları ilə yanaşı, mülki tikililər - restoranı, oteli, dəyirmanı və hətta Tumsboronun məşhur opera teatrı da daxildir.
Sahəsi 16 hektar olan şəhərin satış qiyməti Nyu-Yorkdakı orta mənzillərin qiymətinə bərabərdir. Əvəzində burada içərisində sakinləri olan 36 həyət evi,
Restoran, dəyirman və opera teatrı ilə yanaşı, şəhərdə Viktorian üslubda tikilmiş otel, banket zalı, pambıq saxlamaq üçün anbar, qədim kresloları olan bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmir yolu deposu, süni göl, artezian quyusu, sirop fabriki, anbar və işlənilməmiş boksit yataqları var. Bu obyektlər şəhərin yeni alıcısına çatacaq.
Şəhərin saytında potensial müştərilərə təklif edilir ki, aldıqdan sonra buranı musiqi festivalı yerinə çevirsin və ya burada kino çəkilişləri təşkil etsin. Buradakı göl isə turistlər üçün yaxşı əyləncə yerinə çevrilə bilər.
Bütöv şəhər satışa çıxarıldı - 1,7 MİLYON DOLLAR
00:43
17 Sen 2018