Bakının bəzi hissələrində eyni binada və yaxud eyni küçədə yerləşən evlərin qiymətində kəskin fərq var.
FED.az xəbər verir ki, bunu müsahibəsində rieltor Asif Yusubov deyib. O bildirib ki, “Tarqovı”da yerləşən əmlakları buna aid etmək olar. Belə ki, burada pəncərəsi küçəyə baxan mənzillə həyətə baxan mənzil arasında qiymətlər 2 dəfə fərqlənir: "Eyni binanın digər tərəfindədirsə, pəncərə həyətə baxırsa mənzilin qiyməti iki dəfə ucuz ola bilər. Bakıda Nizami, Xəqani və əsasən Zərifə Əliyeva küçələrində belə əmlaklar var ki, amortizasiya müddəti onun gəlirliliyinə görə yox, prestijinə görə hesablanır. Məsələn, Zərifə Əliyeva küçəsində 4 otaqlı mənzilin qiyməti 500 min manatdır, yolun digər tərəfində isə eyni köhnə binadakı mənzilin qiyməti 250 min manatdır".
Bakının bu hissəsində eyni ev digərindən 250 min manat ucuzdu
11:17
4 May 2018