Hazırda iri Çin investorları ilə “20-ci sahə” layihəsi müzakirə olunur.
FED.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.
Eləcə də bax: Bakıda Mərkəzi inzibati rayonun yaradılması yenə gündəmdədir - AÇIQLAMA
O, bunun Bakının şəhərsalma sferasında maraqlı layihə olduğunu qeyd edib:
“Çinli tərəfdaşlarımızın təxminən, 800 hektar sahədə, sahil zonasına çıxışı olan və bulvarın davamı olacaq böyük yaşayış rayonu yaratmaq niyyəti var.
Layihə maraqlıdır, mən bu layihənin texniki-iqtisadi əsaslandırılmasını etmişəm. Orada yaşayış massivlərinin, məktəblərin, bağçaların, ticarət mərkəzlərinin tikintisi nəzərdə tutulub”.
E.Qasımzadə koronavirus səbəbindən danışıqların müvəqqəti dayandırıldığını bildirsə də, sərhədlər açıldıqdan sonra layihənin reallaşacağını mümkün hesab edir.
“20-ci sahə”nin hazırkı durumu haqda danışan memar orada vəziyyətin ürəkaçan olmadığını bildirib:
“İndi orada vəziyyət dəhşətlidir, kanalizasiya yoxdur, torpaq sürüşmələri baş verir. İnsanların işlətdiyi su aşağı təbəqələrə gedir. Sürüşmə nədir? Bu, dərinlikdə yerləşən qayadır, sonra qrunt və gil qatı gəlir.
Su qruntdan keçərək gili sabuna çevirir, təbəqəni yuyur və o da qayadan sürüşməyə başlayır. Beləliklə, bu sürüşmələr insanın tənzimlənməmiş fəaliyyətinin nəticəsidir”.
Media