"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.
Bakıda illərdir gözlənilən - BÖYÜK SÖKÜNTÜ BAŞLAYIR - Əhaliyə veriləcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə memar Cahid Həsənov məlumat verib.
Onun sözlərinə görə, Bakının bir çox hissəsində bu istiqamətdə işlər nəzərdə tutulub:
“Söküntü əsasən istismar müddəti başa çatmış, xüsusilə Sovetlər Birliyi dövründə inşa edilmiş binaları, o cümlədən “xruşşovka” tipli evləri əhatə edir. Bu məqsədlə xüsusi komissiya yaradılıb ki, bu da sevindirici hal kimi qiymətləndirilə bilər. Hətta fasadı estetik baxımdan şəhər görünüşünə uyğun olmayan inzibati və yaşayış binaları da siyahıya daxil ediləcək. Şəhərin estetik tərtibatına xələl gətirən bina fasadlarının da dəyişdirilməsi, memarlıq və şəhərsalma müstəvisində böyük iş olacaq”.
C. Həsənovun sözlərinə görə, söküləcək ərazilərdə yeni yaşıllıq zonalarının salınması da nəzərdə tutulur. (Metbuat.az)