"Aqrarkredit" dövlət QSC Bakı Fındıq istehsalı və emalı zavodunu hərraca çıxarıb. Bu, Azərbaycan Beynəlxalq Bankına (ABB) borclu olan müəssisəni satmaq üzrə ikinci cəhddir.
Müəssisənin əmlakı birinci dəfə keçən ilin yayında hərracda satılmışdı. Lakin daha sonra məlum oldu ki, bəzi əmlakın mülkiyyət sənədləri olmadığı üçün investor ondan imtina edib. Müəssisə bir neçə torpaq sahəsi, eləcə də Bakıda və ölkənin regionlarında olan əmlakdan ibarətdir. Müqaviləyə məhkəmədə xitam verilib, deyə Auksion Mərkəzində bildiriblər.
Turan