“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.
FED.az Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.
Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.