Ölkənin ən iri yeni tikilən yaşayış komplekslərindən biri "AAAF Park"da mənzillərin ucuz qiymətə satışı başlayıb. Qurumdan FED.az-a verilən məlumata görə, «Bahar kampaniyası» kimi elan edilən endirimlər zamanı həm hazır, yarım tikili və bünövrəsi qoyulmuş binalarda mənzilləri 25-50% endirimlə almaq olar.
Kredit şərtlərinə görə, mənzillər 10 faiz ilkin ödəniş və 60 aylıq faizsiz kreditlə təklif edilir. Bu zaman mənzilin 1 m² -nin qiyməti 750 manat olur.
Mənzilin pulu Nağd ödəndikdə isə hazır mənzillərə - 25 % endirim , yarım tikili binalardakı mənzillərə - 40 % endirim, bünövrəsi qoyulmuş binalardakı mənzillərə isə 50 % endirim edilir. Bu mənzillərin 1 kvadratmetninin qiyməti hazır mənzillərdə 562 manat, yarım tikili binalarda 450 manat, bünövrəsi qoyulmuş binalarda isə 375 manat təşkil edir.
Belə olduğu halda 29 kvadratmetr sahəsi olan 1 otaqlı mənzillər – 11 000 manata, 2 otaqlı məzilləri isə 22 000 manata satılır. Kampaniyadan martın 31-dək, yəni bu həftənin sonunadək yararlanmaq olar.
Şirkətdən verilən məlumata görə, yarım tikili binalardakı mənzillər il yarıma (yəni təqribən 2019-un sonuna), bünövrəsi qoyulmuş binalar isə 3 ilə (yəni 2021-ci ilin əvvəlinə) təhvil veriləcək. Bununla yanaşı, qeyd etmək lazımdır ki, son illər bu kompleksdə inşa edilən binaların təhvil verilməsi gecikir. Şirkətdən alıcılara bu barədə verilən məlumatlar heç də həmişə dəqiq olmur, təhvil verilməsi müddəti əvvəl göstərilən müddətdən 6 ay, 1 il, bəzən isə 1,5 il fərqlənə bilər.
Bakıda “su qiymətinə” mənzillər satılır - CƏMİ 11 MİN MANAT
15:04
27 Mart 2018