Əmanətlərin Sığortalanması Fondunda ləğvetmədə olan iki bankın əmlakı satışa çıxarılır.
FED.az xəbər verir ki, 16 iyun 2022-ci ildə “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak - Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2,2639 ha torpaq sahəsidir, onun ilkin satış qiyməti 5500 manatdır.
Hərraca qatılmaq üçün beh, sənədlər, əlaqə
16 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Atrabank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Daşınmaz əmlak, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən (ü/s 58,35 kv.m) 737 saylı bağ evidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 15000 manatdır.