Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 487 mənzil alıb.
FED.az türk mətbuatına istinadən xəbər verir ki, azərbaycanlılar bu göstəriciyə görə digər ölkələrin vətəndaşları arasında 9-cu yerdədir.
Ümumilikdə 7 ay ərzində xarici vətəndaşlar Türkiyədə 14 676 mənzilə sahib olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% çoxdur.
Qonşu ölkənin daşınmaz əmlak bazarına ən çox investisiya yatıranlar İraq (2 571 mənzil), Səudiyyə Ərəbistanı (1 298 mənzil), İran (1 265 mənzil), Rusiya (988 mənzil) və Əfqanıstan (862 mənzil) vətəndaşlarıdır.