Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
Eləcə də bax: Azərbaycanlılar Türkiyədə niyə ev alır?
FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin May ayında azərbaycanlılar Türkiyədə 90 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin May ayında azərbaycanlılar Türkiyədə 75 mənzil almışdılar.
2019-cu ilin Yanvar-May dövründə (ilk 5 ayda) isə azərbaycanlılar Türkiyədə 464 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 332 idi.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. May ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 594 mənzil. İraqlıların ardınca 509 mənzil ilə İran, 285 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.
Türkiyədə mənzil satışları 2019-cu ilin May ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 31,3% azalaraq 82 252 olub. Xaricilərə satışlar isə illik 62,5% artaraq 3 925 təşkil edib.
2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.