Son illər Gürcüstanda daşınmaz əmlak alanlar sırasında xarici ölkə vətəndaşlarının sayı xeyli artıb.
FED.az xəbər verir ki, 2012-2016-cı illərdə Gürcüstanda xarici ölkə vətəndaşlarının daşınmaz əmlak almaları ilə bağlı 34 mindən çox əməliyyat həyata keçirilib.
Azərbaycanda ipoteka kreditlərini ən çox kimlər göürür? - RƏQƏMLƏR
Gürcüstan mətbuatının yazdığına görə, Gürcüstanda daşınmaz əmlak alanların 53 faizini Rusiya vətəndaşları təşkil edirlər.
Bu siyahıda rusiyalılardan sonra ikinci sırada hər biri 5 faizlə Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları dayanırlar. Gürcüstanda daşınmaz əmlak alanların 4 faizini İsrail, 3 faizini ABŞ və Yunanıstan, 2 faizini isə Almaniya vətəndaşları təşkil edirlər.
190 azərbaycanlı Alanyada villa alıb - QİYMƏTLƏR