Azərbaycanda vergi borcunu ödəməməsi səbəbindən bələdiyyənin əmlakı hərraca çıxarılıb.
FED.az xəbər verir ki, Qobustan rayonu Təklə-Mirzəbaba Bələdiyyəsi vergi öorcunu ödəməyib, nəticədə DÖvlət Vergi Xidməti bələdiyyənin əmlakını – 3 ədəd torpaq sahəsini satışa çıxarıb.
Torpaqların hərrac yolu ilə satışı Əmlak Məsələləri Dövlət Xidmətinin Hərraclar Mərkəzində oktyabrın 25-də baş tutub.
Həttaca bələdiyyənin hər biri 12 sot olmaqla 3 ədəd torpaq sahəsi çıxarılıb.
Torpaqların qiyməti 40%-lik endirimdən sonra 720 manat təşkil edib ki, bu da 1 sotun 60 manat qiymətə təklif olunmasıdır.