Dövlət Əmlak Xidməti Goranboy rayonunda yerləşən 5 qum-çınqıl karxanasını hərraca çıxırıb.
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə əməkdaşlıq şəraitində baş tutacaq hərraca Qarauçay ərazisindəki karxanadar çıxarılacaq.
Hərracın qalibləri həmin karxanaları 25 il istismar edə biləcəklər.
Hərraca çıxarılan karxanaların sahəsi 5 hektardan 15 hektaradək dəyişir. Başlanğıc qiymət isə 22,5 min manatdan 67,5 min manatadəkdir. Hərraca qatılmaq istəyənlər bu məbləğin 10%-i qədər beh yatırmalıdırlar, hərracı uduzanlar behi götürə biləcəklər.
N |
Yatağın adı
|
LOT |
Sahəsi |
Faydalı qazıntının növü |
Başlanğıc qiyməti |
Beh məbləği |
1. |
Qarasuçay |
LOT-1 |
8.0 ha |
Qum-çınqıl |
36 000 manat |
10% |
2. |
Qarasuçay |
LOT-2 |
5.0 ha |
Qum-çınqıl |
22 500 manat |
10% |
3. |
Qarasuçay |
LOT-3 |
10.0 ha |
Qum-çınqıl |
45 000 manat |
10% |
4. |
Qarasuçay |
LOT-4 |
15.0 ha |
Qum-çınqıl |
67 500 manat |
10% |
5. |
Qarasuçay |
LOT-5 |
10.0 ha |
Qum-çınqıl |
45 000 manat |
10% |
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
5. İddiaçının tam adı, hüquqi statusu. Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
6. İddiaçının ixtisas göstəricilərinə dair məumatlar: ən az 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
7. İddiaçının maddi texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 03 may 2021-ci il, saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 31 ünvanına təqdim etməlidirlər.