İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 17-də növbəti dəfə hərrac təşkil edəcək.
FED.az nazirliyə istinadən xəbər verir ki, hərraca 33 dövlət əmlakı çıxarılacaq.
Bunlardan 18-i kiçik dövlət müəssisəsi və qeyri-yaşayış binası, 11-i nəqliyyat vasitəsi, 4-ü səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləridir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3riExEB)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər bei ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 17-də növbəti dəfə hərrac təşkil edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, hərraca 33 dövlət əmlakı çıxarılacaq.