Avstriyanın dünyaca məşhur qənnadı məhsulları istehsalçısı olan “Manner” şirkəti Azərbaycanın Qusar rayonunda 125 hektar ərazi alıb.
FED.az-ın məlumatına görə, “Qafqazinfo” “Die Presse” informasiya agentliyinə istinadən xəbər verir ki, şirkət orada fındıq yetişdirəcək.
Eləcə də bax: “Torpağın keyfiyyətini biz ölçürük” – MÜSAHİBƏ - QİYMƏTLƏR
Məlumata əsasən, “Manner” fındıq yetişdirməsi üçün bir neçə ölkəni nəzərdən keçirsə də, son qərarı Azərbaycan olub. Bu məqsədlə artıq “Manner Azərbaycan” MMC də yaradılıb.
Eləcə də bax: Fındıq biznesi üçün yeni problem – QİYMƏTLƏR DÜŞÜR
Qeyd edək ki, sözügedən şirkətə “Manner”, “Casali”, “Victor Schmidt”, “Ildefonso” və “Napoli” kimi qənnadı brendləri məxsusdur.