Avropada yeni tikilən yaşayış sahələrinin ən bahalı və ən ucuz qiymətə satıldığı ölkələr məlum olub.
Bakıda «əmlak qızdırması» başlayıb - kvadratı 8-12 min manatlıq mənzillər - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, «Deloitte» şirkəti 2024-cü il üçün Avropanın 28 ölkəsində əməliyyat (alış-satış) məlumatlarını təhlil edib.
Araşdırma göstərib ki, Avropada ən bahalı yeni tikililər Lüksemburqdadır. Burada satılan mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8760 avrodur. Başqa sözlə, Lüksemburqda bundan da bahalı «novostroyka»lar var, sadəcə bu orta qiymətdir.
Ən bahalı kvadratmetr: Səbail yenə zirvədə, Qaradağ isə sondadır
Siyahıda sonrakı yerləri İsrail (6130 avro), Böyük Britaniya (5200 avro), Avstriya (5050 avro) və Portuqaliya (5050 avro) tutur.
Gözlənilməyən halda, Şərqi Avropa ölkəsi olan Çexiya «novostroyka»ların qiymətinə görə, Almaniya, Hollandiya və İspaniyanı qabaqlayıb. FED.az xəbər verir ki, 2024-cü ildə Çexiyada «novostroyka»ların orta qiyməti 5030 avro olub ki, Almaniyada bu rəqəm 4800 avro, Niderlandda 4 157 avro, İspaniyada isə 3 739 avro təşkil edib. Baxmayaraq ki, hələ ötən il İspaniyada evlər 8,8% bahalaşıb, Çexiyada isə, yeri gəlmişkən, illik bahalaşma 2,7% olub.
Avropada ən ucuz «novostroyka»lara gəlincə isə, 6 ölkədə evlərin qiyməti 2000 avrodan aşağıdır. Ən aşağı qiymət Türkiyədədir – burada yeni tikilən mənzillərin 1 kvadratmetrinin orta qiyməti 950 avro təşkil edir.
FED.az xəbər verir ki, ötən il Türkiyədə qiymətlər 12% ucuzlaşıb, bu olmasaydı qiymət 1000 avrodan yüksək olacaqdı.
Yeni tikililərin ucuzluğuna görə 2-ci yeri Bosniya və Hersoqovina tutur – 1482 avro, son bir ildə burada qiymətlər 12,7% bahalaşıb.
Son illərə qədər daşınmaz əmlak bazarı yuxudan ayılmayan Albaniyada isə yeni tikililər son bir ildə 16,5% bahalış bvə 1 kvadratmetrinin qiyməti 1620 avroya yüksəlib.
Rumıniyada qiymətlər 1680 avro, Serbiyada isə 1750 avrodur. Balkanlardakı ucuz evlər olan ölkələrin siyahısını Yunanıstan tamamlayır – 1790 avro.
Qeyd edək ki, bu statistika təklif olunan qiymətləri deyil, faktiki əməliyyatları, yəni alış-satış qiymətini nəzərə alır.
İl ərzində yeni tikilidə hər kvadratmetrin qiymətinin ən böyük artımı Polşada olub – 19,3%. Miqrantların axını bu ölkənin əmlak bazarını «partladıb». Bosniya və Herseqovinada və İsraildə qiymətlər 12,7% artıb. Onları Macarıstan (+11,7%), Xorvatiya və Rumıniya (+11,5%), İtaliya (+11,2%) və Yunanıstan (+10,2%) izləyib.
Ötən il Avropanın 5 ölkəsində daşınmaz əmlak ucuzlaşıb, ən böyük azalma Türkiyədə (-12%) olub.