ABŞ vətəndaşlarının 16%-i prezident seçkilərinin nəticələrindən asılı olaraq ölkəni tərk edə bilərlər.
FED.az xəbər verir ki, bu «Redfin» daşınmaz əmlak şirkətinin sifarişi ilə keçirilən sorğuda məlum olub.
Seçkilərə 10 gün qaldı – Tramp və Bayden amerikalılara - NƏ VƏD EDİR? – MÜQAYİSƏ
Rəyi soruşulanların 16%-i bbildirib ki, prezident seçkilərindlə onların dəstəklədiyi namizəd qalib gəlməsə, ölkənin tərk edə bilərlər.
Xatırladaq ki, 2016-cı ildə keçirilən sorğuda eyni suala cavab verərkən yalnız 9% ölkəni tərk edə biləcəyini demişdi.
Amma bu barədə düşünənlərin sayı namizədlərdən asılı olaraq fərqlənir. Belə ki, sorğuda Baydeni dəstəkləyənloərin 20%-i bildirib ki, o uduzsa, ölkəni tərk edə bilər. Trampın tərəfdarları arasında isə bu rəqəm 15%-dir. Sorğunun nəticələri göstərir ki, siyasət və siyasi proseslər insanların həyatında getdikcə daha ciddi rol oynamağa başlayıb.
Ümumilikdə isə sorğu göstərib ki, siyasət amerikalıların əmlakla bağlı planlarına da təsir edir. Belə ki, sorğuda iştirak edənlərin 42%-i bildirib ki, siyasi baxışları fərqli olan insanların yaşadığı əraziyə köçmək istəməzdi. Xatırladaq ki, bu ilin iyununda eyni cavabı verənlərin sayı cəmi 32% idi.