29 iyun 2023-cü il tarixdə, saat 11:00-da “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarlarının növbəti illik ümumi yığıncağında Cəmiyyətin illik hesabatının təsdiq edilməsi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə, cəmiyyətin inzibati binasında keçiriləcək.