"Azercell" "Bölgə" tarif paketi çərçivəsində "Limitsiz danışıq" kampaniyasının qiymətini artırıb.
FED.az xəbər verir ki, 4 noyabr 2022-ci il tarixdən etibarən, "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən "Bölgə" tarif paketi çərçivəsində "Limitsiz danışıq" kampaniyasının xidmət haqqı 0,45 AZN təşkil edəcək.
Bu barədə "Azercell" məlumat yayıb. Xatırladaq ki, indiyədək "Limitsiz danışıq"ında xidmət haqqı 0,40 AZN təşkil edirdi.
Şirkət bildirir ki, abunəçilər göstərilən dəyişikliklər, həmçinin "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar (o cümlədən ""Limitsiz danışıq" kampaniyası") barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com<http://www.azercell.com/>), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.