Bu ilin yanvar-iyul ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 654,4 milyon manat təşkil edib.
iPhone 15 bu tarixdə - TƏQDİM EDİLƏCƏK
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, əldə olunan gəlirlərin həcmi 2022-ci ilin eyni dövrünə nisbətdə 65,6 milyon manat və ya 11,1 faiz artıb.
Bu ilin iyul ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 10,8 faiz və ya 10,1 milyon manat artaraq 103,9 milyon manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 4,3 faiz və ya 4,3 milyon manat artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 38,2 faizini təşkil edib.
Ümumilikdə cari ilin ilk 7 ayında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 1715,3 milyon manatlıq xidmət göstərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz çoxdur. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub. (Vergilər.az)