Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, qərarın digər hissəsi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı da dəyişdirilib.
Sözü gedən qurumlar - “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı – nazirliyin tabeliyinə verilib.












