SİMA-da biometrik qeydiyyat zamanı cəhdlərin sayının məhdudlaşdırılması, aktiv sessiyaların idarə edilməsi və QR funksionallığı istifadəyə verilib.
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Şirkətdən bildirilib ki, 2025-2026-cı illərdə SİMA-ya inteqrasiya olunmuş maliyyə sektorunda bəzi şəxslər başqalarının adına SİMA əldə etməyə çalışıblar. Bunun üçün şəkil, video və digər vasitələrdən istifadə edilməyə cəhd göstərilib».
Qeyd edək ki, SİMA-da istifadə olunan biometrik yoxlama canlılığı həm passiv, həm də aktiv şəkildə yoxlayır və eyniləşdirməni həyata keçirir:
«Bu cəhdlərin sayı limitsiz idi. Biz vətəndaşlar üçün cəhdləri limitlədik. Hazırkı cəhd sayı 10-dur. 10 cəhdə çatdırdıqdan sonra həmin adamın FİN kodu bloklanır və vətəndaş bizim Çağrı Mərkəzinə müraciət edir. Müraciət xüsusi təhlükəsizlik əməkdaşları tərəfindən araşdırılır. Əgər qeydiyyatdan keçən şəxs həqiqətən həmin vətəndaşdırsa, onun FİN kodu blokdan çıxarılır və vətəndaş növbəti cəhddə qeydiyyatdan keçə bilir. Ancaq vətəndaş özü deyil, başqalarının adından SİMA-ya daxil olmağa çalışırsa, həmin vətəndaşın FİN kodunun bloku onun özü müraciət edənə qədər saxlanılır» - deyə bildirilib.












