Azərbaycanın aparıcı maliyyə krdit təşkilatlarından olan “FINCA Azərbaycan” BOKT-a yeni marketinq rəhbər təyinatı olub.
FED.AZ xəbər verir ki, marketinq departamentinin direktoru vəzifəsinə əvvəllər “Bank Respublika”ASC-nin Marketinq Departamentinin direktoru vəzifəsində çalışmış tanınmış marketoloq Əli Daşdəmirov təyin edilib.
Qeyd edək ki, Əli Dəşdəmirov University of York və Université de Strasbourg üzrə MBA təhsili alıb. Azərbaycan Banklar Assosiasiyasında “Marketinq və PR üzrə” Ekspert Qrupunun sədri olan Ə.Daşdəmirov 2026-cı ilin may ayından sentyabr ayına qədər “Profex Group” şirkətində marketinq direktoru, 2013-cü ilin yanvar ayından 2025-ci ilin dekabr ayına qədər “Bank Respublika”nın Marketinq Departamentinin direktoru vəzifəsində çalışıb.












