Azərbaycanın kibertəhlükəsizlik sahəsində indiyədək təşkil olunan ən mühüm beynəlxalq tədbirlərdən biri - CyberHackCon 2026 27 oktyabr 2026-cı il tarixində Bakı şəhərində qapılarını açacaq.
FED.az xəbər verir ki, CyberHackCon 2026 etik hakerləri, kibertəhlükəsizlik mütəxəssislərini, təhlükəsizlik tədqiqatçılarını, Red Team və Blue Team ekspertlərini, Bug Bounty tədqiqatçılarını, CISO-ları, IT mütəxəssislərini və texnologiya liderlərini bir çətir altında birləşdirəcək.
Konfransın əsas məqsədi Azərbaycanda və regionda kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsini dərinləşdirmək, beynəlxalq ekspertlərlə yerli mütəxəssislər arasında yeni əməkdaşlıq körpüləri qurmaq və ölkəmizdə güclü, aktiv kibertəhlükəsizlik icmasının formalaşmasına töhfə verməkdir.
Beynəlxalq səviyyəli texniki proqram
CyberHackCon 2026 çərçivəsində Ethical Hacking, Offensive Security, Vulnerability Research, Bug Bounty, Cyber Threat Intelligence, Digital Forensics, AI Security və kibertəhlükəsizliyin digər aktual istiqamətləri ətraflı müzakirə olunacaq.
Konfrans iştirakçılara sırf nəzəri biliklə kifayətlənməyərək, real dünya kiberhücumları və müasir müdafiə yanaşmaları haqqında praktiki, sənaye təcrübəsinə əsaslanan dərin məlumat əldə etmək imkanı yaradacaq.
CyberHackCon-un təsisçi və Baş İcraçı Direktoru: İlkin Cavadov
CyberHackCon-un təsisçisi və CEO-su İlkin Cavadov tədbirin yaradılmasına və inkişafına şəxsən rəhbərlik edir.
İlkin Cavadovun rəhbərliyi altında CyberHackCon-un əsas hədəfi Azərbaycanda beynəlxalq standartlara cavab verən, texniki yönümlü və fəal kibertəhlükəsizlik icmasının formalaşdırılması, yerli mütəxəssislərin dünyanın aparıcı təhlükəsizlik ekspertləri ilə üz-üzə gətirilməsi və Azərbaycanın qlobal kibertəhlükəsizlik ekosistemində daha güclü mövqe qazanmasına töhfə verməkdir.
CyberHackCon-un uzunmüddətli vizyonu bu tədbiri yalnız Azərbaycanın deyil, regionun və müxtəlif ölkələrin ən aparıcı kibertəhlükəsizlik konfranslarından birinə çevirməkdir.
Tədbirdə kimlər iştirak edəcək
CyberHackCon 2026-da dünyanın müxtəlif ölkələrindən 12-dən çox beynəlxalq spiker çıxış edəcək. Onların arasında:
Tural Məmmədov — CISO və CERT.GOV.AZ rəhbərinin müavini (SCISSS), kibertəhlükəsizliyin dövlət idarəçiliyi mövzusunda əsas məruzəçi;
Shahmeer Amir — Veiliux şirkətinin CTO-su və Speeqr-in CEO-su, süni intellekt əsaslı kibermüharibə mövzusunda çıxış edəcək;
Robert Feeney — Google EMEA-da Consulting Manager, "Threat Intelligence" üzrə əsas məruzəçi, M-Trends 2026 hesabatını təqdim edəcək;
Kobe Shwartz — Signify və Underdark.ai-da Head of CTI, "dark web" kəşfiyyatı mövzusunda çıxış edəcək;
Rahul Vashisht — NBSP-də Red Team Manager, EDR-dən yayınma taktikaları mövzusunda çıxış edəcək;
Stephan Berger — InfoGuard-da Head of Investigations, kiber-geosiyasət mövzusunda çıxış edəcək;
Utku Yıldırım — Hoffmann Netherlands-da Senior Penetration Tester, süni intellekt agentlərinin təhlükəsizliyi mövzusunda çıxış edəcək;
Himanshu Sharma — təhlükəsizlik tədqiqatçısı, avtonom hücum agentləri mövzusunda çıxış edəcək;
Syed Ubaid Ali Jafri — Habib Bank Limited-də Head of Cyber Defense, hücum səthinin idarə olunması mövzusunda çıxış edəcək;
Maria Mehwish — təhlükəsizlik tədqiqatçısı, sessiya ələ keçirmə mövzusunda çıxış edəcək;
Safina Amir — sahibkar və strateji məsləhətçi, kiber-psixologiya mövzusunda çıxış edəcək;
Bakı beynəlxalq kibertəhlükəsizlik icmasının görüş nöqtəsinə çevrilir
CyberHackCon 2026 dünyanın müxtəlif ölkələrindən olan kibertəhlükəsizlik mütəxəssislərinin Bakıda bir araya gəlməsi üçün etibarlı platforma yaradacaq.
İştirakçılar yeni insanlarla tanış olmaq, beynəlxalq əlaqələr qurmaq, bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də kibertəhlükəsizliyin gələcəyinə dair müzakirələrdə fəal iştirak etmək imkanı əldə edəcəklər.
Tədbir haqqında
Tədbir: CyberHackCon 2026
Tarix: 27 oktyabr 2026
Məkan: Bakı, Azərbaycan, Ritz-Carlton Hotel
Təşkilatçı: CyberHackCon
CEO və təsisçi: İlkin Cavadov
Ətraflı məlumat:
www.cyberhackcon.com
Media və əməkdaşlıq üçün:
[email protected]
CyberHackCon haqqında
CyberHackCon - kibertəhlükəsizlik mütəxəssislərini, tədqiqatçıları, şirkətləri və texnologiya həvəskarlarını bir araya gətirən beynəlxalq kibertəhlükəsizlik konfransıdır.
Tədbirin missiyası kibertəhlükəsizlik sahəsində bilik mübadiləsini təşviq etmək, beynəlxalq və yerli mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək və Azərbaycanda daha dayanıqlı, daha güclü kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək olmaqdır.
İlkin Cavadov haqqında
İlkin Cavadov beynəlxalq səviyyədə tanınan kibertəhlükəsizlik tədbirlərində spiker kimi çıxış edib. Onun çıxış etdiyi platformalar arasında GISEC Global, DEF CON Red Team Village və InCyber Forum Canada kimi dünyanın aparıcı cybersecurity tədbirləri yer alır.
Onun texniki təcrübəsi yalnız konfrans çıxışları ilə məhdudlaşmır. İlkin müxtəlif beynəlxalq təşkilatların sistemlərində etik təhlükəsizlik testləri həyata keçirərək kritik zəifliklərin aşkarlanmasına töhfə verib və bu fəaliyyətinə görə Almaniya Silahlı Qüvvələri (Bundeswehr) tərəfindən təqdir edilərək Hall of Fame-ə daxil edilib və medal ilə mükafatlandırılıb.
İlkin Cavadovun beynəlxalq səviyyədə ən diqqətçəkən fəaliyyətlərindən biri isə RSA Conference (RSAC) 2026 Conference Program Committee Member kimi seçilməsidir. Dünyanın ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri olan RSAC-ın proqram komitəsində yer alaraq, qlobal cybersecurity gündəmini formalaşdıran mövzular və konfrans məzmunu üzrə ekspert baxışının formalaşmasına töhfə verib.
Bu rol onun yalnız texniki mütəxəssis deyil, eyni zamanda beynəlxalq kibertəhlükəsizlik ekosistemində fikir formalaşdıran və sənayenin gələcək istiqamətlərinə təsir edən ekspertlərdən biri olduğunu göstərir.
İlkin Cavadovun əsas fəaliyyət istiqamətləri Ethical Hacking, Penetration Testing, Offensive Security, Red Teaming, Application Security, AI & Cybersecurity və emerging cyber threats sahələrini əhatə edir.















