Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 145 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan mobil qurğular bazarında liderlər - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 40,9%-ni təşkil edib.
"Cari ilin ilk iki ayında informasiya və rabitə müəssisələri tərəfindən 354,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,5% azalıb", - deyə komitədən bildirilib. (Apa)