Daxili İşlər Nazirliyi (DİN) dünən Bakı-Quba yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
FED.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
Eləcə də bax: "Atəşgah Sığorta": Əməkdaşlardan biri həlak olub
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən “Hyundai” markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.
Apa