Sosial evlərdə mənzil almaq adı ilə dələduzluqda ittiham olunan İlkin Akifoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror təqsirləndirilən şəxsin 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İlkin Akifoğlu 2025-ci ilin oktyabr ayında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.
İlkin Akifoğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.













