"Atəşgah" Sığorta Şirkəti avtomobil qəzası ilə bağlı açıqlama yayıb.
“Atəşgah” Sığorta Şirkəti Sumqayıtda baş vermiş avtomobil qəzası ilə bağlı bildirir ki, şirkətin 2 nəfər əməkdaşının olduğu “Hyundai-İX35” markalı xidməti avtomobil əks istiqamətdə qəfildən onların qarşısına çıxan “Mercedes” markalı avtomobil ilə toqquşub.
Sumqayıt yolunda baş verən qəza nəticəsində əməkdaşlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib",- açıqlamada deyilir.