Avtomobil almaq istəyən bir qrup vətəndaş dələduzluqla üzləşdiklərini iddia edirlər.
Şirkət rəhbəri işə düzəltmək adı ilə 300 min manatı mənimsədi - Məhkəmə başlayıb
FED.az xəbər verir ki, şikayətçilər deyirlər ki, "TikTok" sosial şəbəkəsində münasib qiymət və şərtlərlə avtomobil satışı elanına rast gəliblər.
Müəyyən məbləğdə ilkin ödəniş edərək avtomobil sahibi olmaq istəyiblər. Ancaq sonradan aldadıldıqlarını başa düşüblər.
Şikayətçilərin sözlərinə görə, eyni əməl onlarla şəxsin başına gəlib. Dediklərinə görə, onlara ümumilikdə təxminən 300 min manat civarında ziyan dəyib.
İddialara aydınlıq gətirmək üçün sözügedən şəxsin və lizinq şirkətinin əlaqə nömrələrinə zəng etsək də, zənglərimiz cavabsız qaldı.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin qanunsuz əməlləri nəticəsində çoxsaylı vətəndaşların dələduzluq edilərək aldadılması ilə bağlı polisə müraciətlər daxil olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Polisin həyata keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən iki nəfər müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.













