SOCAR 2025-ci ilin 30 iyun tarixinə qədər olan dövrə dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə SOCAR-ın gəlirləri 42 milyon 500 min manat təşkil edib.
Satışın maya dəyəri 36 milyon 127 min manat olaraq qeydə alınıb
Nəticədə, şirkətin ümumi mənfəəti 6 milyon 373 min manata bərabər olub. Bu, ötən ilki 3 milyon 707 min manatla müqayisədə 2 milyon 666 min manat (71,9%) artım deməkdir.
Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 3 milyon 316 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 2 milyon 64 min manatvə ya təxminən 2,6 dəfə artım deməkdir. Bu artımda bəzi xərclərin azalması və digər əməliyyat gəlirlərinin çoxalması əsas rol oynayıb:
Ümumi və inzibati xərclər 1 milyon 454 min manata bərabər olmaqla, ötən illə müqayisədə 501 min manat (52,6%) artıb.
Paylaşdırma xərcləri 1 milyon 214 min manat təşkil edib, nəticədə, bu xərclər, 260 min manat (27,3%) artıb.
Sosial xərclər 176 min manat olaraq qeydə alınıb. Son bir ildə 40 min manat (29,4%) artım baş verib.
Kəşfiyyat və qiymətləndirmə xərcləri 12 min manat səviyyəsində dəyişməyib.
Əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin silinməsindən zərər, xalis 7 min manat təşkil edib, dəyişməyib.
Maliyyə xidmətləri – Effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 70 min manat təşkil edərək, ötən illə müqayisədə 70 min manat artıb.
Maliyyə xidmətləri – Maliyyə xərcləri 46 min manat olaraq qeydə alınıb.
Sair əməliyyat xərcləri 780 min manata bərabər olub.
Sair əməliyyat gəlirləri isə 584 min manata bərabər olub. Ötən illə müqayisədə 428 min manat və ya təxminən 3,7 dəfə artıb.
Effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 395 min manat olub, ötən illə müqayisədə 16 min manat (4,2%) artım qeydə alınıb.
Maliyyə xərcləri 1 milyon 279 min manat təşkil edib, ötən illə müqayisədə 233 min manat (22,3%) artım baş verib.
Məzənnə fərqi üzrə zərərlər, xalis 293 min manat olub, ötən illə müqayisədə 207 min manat (240,7%) və ya təxminən 3,4 dəfə artıb.
Xalis monetar mövqe üzrə gəlir 109 min manata bərabər olub.
Birgə müəssisələrin mənfəətində pay 30 min manat olub.Asılı müəssisələrin mənfəətində pay 95 min manat təşkil edib.
Nəticədə, mənfəət vergisindən əvvəlki mənfəət 2 milyon 373 min manata bərabər olub. Bu, ötən ilki 2 milyon 5 min manatla müqayisədə 368 min manat (18,4%) artım deməkdir.
Mənfəət vergisi xərci 612 min manat təşkil edib, ötən illə müqayisədə 152 min manat (33%) artıb.
Dövr üzrə xalis mənfəət isə 1 milyon 761 min manata yüksəlib. Bu, 2024-cü ilin müvafiq dövrü (1 milyon 545 min manat) ilə müqayisədə 216 min manat (14%) artım deməkdir.
Şirkətin cəmi aktivləri 2025-ci ilin iyun ayının sonu üzrə 96 milyon 470 min manat təşkil edib. Bu, 2024-cü ilin dekabr ayının sonu (94 milyon 701 min manat) ilə müqayisədə 1 milyon 769 min manat (1,9%) artım deməkdir.
SOCAR-ın cəmi cari aktivləri 29 milyon 903 min manata bərabər olub. Bu, 2024-cü ilin sonu (28 milyon 451 min manat) ilə müqayisədə 1 milyon 452 min manat (5,1%) artımdır.
SOCAR-ın cəmi cari aktivləri 29 milyon 903 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 1 milyon 452 min manat (5,1%) artımdır.
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 9 milyon 850 min manat təşkil edib.
Məhdudlaşdırılmış pul vəsaitləri ötən dövrlə müqayisədə 399 min manat və ya təxminən 3,2 dəfə artımla 584 min manata çatıb.
Depozitlər 4 milyon 53 min manat olaraq qeydə alınıb, 1 milyon 213 min manat (42,7%) artım baş verib.
Ticarət və sair debitor borcları 8 milyon 993 min manat təşkil edib,ötən ilin sonuna nəzərən 633 min manat (7,6%) artım baş verib.
Mal-material ehtiyatları 3 milyon 974 min manata bərabər olub.
Sair cari maliyyə aktivləri 2 milyon 449 min manata bərbər olub, son 6 ayda 625 min manat (34,3%) artım qeydə alınıb.
Cəmi uzunmüddətli aktivlər isə 66 milyon 567 min manata yüksəlib. Bu, 2024-cü ilin sonu (66 milyon 250 min manat) ilə müqayisədə 317 min manat (0,5%) artımdır.
Əmlak, tikili və avadanlıqlar ("ƏTA") 54 milyon 720 min manata bərabər olub.
Qudvil 295 min manat olub, 27 min manat (10,1%) artıb.
Qeyri-maddi aktivlər, qudvildən başqa 731 min manat, birgə müəssisələrə investisiyalar 1 milyon 522 min manat olub.
Asılı müəssisələrə investisiyalar 2 milyon 434 min manat təşkil edib, 155 min manat (6,9%) artıb.
İstifadə hüququ olan aktivlər 831 min manat olub.
Sair uzunmüddətli maliyyə aktivləri 1 milyon 468 min manat təşkil edib, 231 min manat (18,7%) artıb.
Sair uzunmüddətli aktivlər 9 min manat (2,1%) artaraq 442 min manata çatıb.
Təxirə salınmış vergi aktivləri 4 milyon 124 min manata bərabər olub.
SOCAR-ın cəmi kapitalı 2025-ci ilin iyun ayının sonu üzrə 49 milyon 326 min manat təşkil edib. Bu, 2024-cü ilin dekabr ayının sonu (48 milyon 657 min manat) ilə müqayisədə 669 min manat (1,4%) artım deməkdir.
Qrupun səhmdarlarına aid kapital 34 milyon 490 min manata bərabər olub. Bu, 2024-cü ilin sonu (33 milyon 724 min manat) ilə müqayisədə 766 min manat (2,3%) artımdır.
Nizamnamə kapitalı 5 milyon 14 min manat səviyyəsində dəyişməyib.
Əlavə ödənilmiş kapital 5 milyon 451 min manat səviyyəsində dəyişməyib.
Bölüşdürülməmiş mənfəət ötən dövrlə müqayisədə 408 min manat (2,2%) artaraq 18 milyon 539 min manata yüksəlib.
SOCAR-ın cəmi cari öhdəlikləri 25 milyon 23 min manata bərabər olub. Bu, ötən ilin sonuilə müqayisədə 3 milyon 174 min manat (14,5%) artımdır.
Ticarət və sair kreditor borcları 10 milyon 224 min manat təşkil edib, 168 min manat (1,6%) azalıb.
Qısamüddətli borc öhdəlikləri və uzunmüddətli borc öhdəliklərinin cari hissəsi 11 milyon manata yüksələrək, ötən dövrlə müqayisədə 3 milyon 859 min manat (54%) artıb.
Müqavilə öhdəlikləri 386 min manat olaraq qeydə alınıb.
Ödəniləcək mənfəət vergisi 366 min manat təşkil edib, 59 min manat (19,2%) artıb.
Sair ödəniləcək vergilər 1 milyon 106 min manata yüksələrək, 54 min manat (5,1%) artıb.
Cari icari öhdəliklər 262 min manata bərabər olub.
Alış üzrə təxirə salınmış borc öhdəliyi 65 min manat səviyyəsində dəyişməyib.
Öhdəliklər və məsrəflər üzrə sair ehtiyatlar 28 min manat təşkil edib, 5 min manat (21,7%) artıb.
Sair cari maliyyə öhdəlikləri 1 milyon 586 min manat təşkil edib. Nəticədə, 104 min manatlıq (7%) artım baş verib.
Cəmi uzunmüddətli öhdəliklər isə 22 milyon 121 min manata bərabər olub.
Uzunmüddətli borc öhdəlikləri 13 milyon 293 min manat təşkil edib, 3 milyon 226 min manat (19,5%) azalıb.
Aktivlərin ləğv olunması üzrə öhdəliklər 2 milyon 493 min manata bərabər olub. Son 6 ayda 285 min manat (12,9%) artıb.
Müqavilə öhdəlikləri 1 milyon 176 min manat təşkil edib, ötən ilin sonu ilə müqayisədə 1 milyon 149 min manat və ya təxminən 43,5 dəfə artıb.
Uzunmüddətli icari öhdəlikləri 913 min manata, təxirə salınmış gəlir 834 min manata, sair uzunmüddətli öhdəliklər 767 min manata, təxirə salınmış vergi öhdəlikləri 2 milyon 632 min manata bərabər olub.
Öhdəliklər və məsrəflər üzrə sair ehtiyatlar 13 min manat təşkil edib, Son 6 ayda ərzində 5 min manat (62,5%) artıb.














