2024-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət və dövlət məxsus ixracatçı subyektlərin reytinqi açıqlanıb.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir
Həmin reytinqdə qeyri-dövlət ixracatçıları sırasında ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, Muradova Sahibə Səlimət qızı, “P-Aqro” MMC, “Soil Boons” MMC, “Ümüd 059” MMC, “EA-Fruits” MMC, “Gözəl Təbiət” MMC, “Binə Aqro” QSC, “STP Global Cable” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.