Bu ilin yanvar ayında Azərbaycana 3,3 milyon dollar dəyərində 108 ədəd yalnız elektrik mühərrikli avtomobil (elektromobil) idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,3 milyon dollar və ya 50,4%, miqdar ifadəsilə isə 31 ədəd, başqa sözlə 22,3% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində ölkəyə 6,6 milyon dollar dəyərində 139 ədəd elektromobil gətirilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan bir elektromobilin orta qiyməti 30 min 263 dollar (təxminən 51 min 447 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 47 min 397 dollar (təxminən 80 min 575 manat) idi. Bu da illik müqayisədə 17 min 134 dollar (29 min 128 manat) və ya 36,1% ucuzlaşma deməkdir.










