Bu ilin ilk 10 ayında Azərbaycana 923,8 milyon dollar dəyərində 768,2 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.ə
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, qara metal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 54,4 milyon dollar və ya 5,6%, miqdar ifadəsilə isə 85,8 min ton, başqa sözlə 10,1% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 978,2 milyon dollar dəyərində 854,1 min ton qara metal idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan qara metalın 1 kiloqramının orta idxal qiyməti 2 manat 4 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 95 qəpik idi. Bu da illik müqayisədə 9 qəpik və ya 4,6% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi idxalın 4,80%-i qara metalların payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 5,88% təşkil etmişdi.









