Yanvar-oktyabr aylarında 126 milyon 80,97 min dollar dəyərində 113 min 318,68 ton pomidor ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 11 milyon 58,73 min dollar (8,1%), miqdar ifadəsi ilə 1 589 ton (1,4%) azalıb.
Keçən ilin yanvar-oktyabr aylarında xaricə 137 milyon 139,7 min ABŞ dolları dəyərində 114 min 907,64 ton pomidor ixrac edilmişdi.
Beləliklə bir ton pomidorun ixrac qiyməti bu il 1 113 dollar, ötən ilin müvafiq dövründə 1 193 dollar təşkil edib. Bu göstərici son bir ildə 81 dollar, başqa sözlə 6,8% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.43%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 4,65%-ə bərabər olub.
Keçən ilin yanvar-oktyabr aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.40%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 5,75%-ə bərabər olub.