2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 482 milyon 252,04 min dollar dəyərində 23 min 197,7 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 60 milyon 750,21 min dollar yəni 11,2% azalıb, miqdar ifadəsi ilə 478 ton ( 2,1%) artıb.
Keçən ilin müvafiq dövründə 543 milyon 2,25 min dollar məbləğində 22 min 719,9 ton məhsul idxal olunub.
1 ton əczaçılıq məhsulunun idxal qiyməti bu il 20 789 dollar, keçən il isə 23 900 dollar təşkil edib. Qiymətlərdə 3 111 dollar və ya 13% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.40%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4.69%-nə bərabər olub.