İyunun 23-də Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.
BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair - SAZİŞ TƏSDİQLƏNİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.