2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 17 milyon 779 min dollar dəyərində 27 min 521 ton alma ixrac olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 11 milyon 443 min dollar dəyərində 17 min 224 ton alma ixrac olunmuşdu. Beləliklə, alma ixracı dəyər ifadəsilə 1,5 dəfə (55,4%), miqdar ifadəsilə 1,6 dəfə (59,8) artıb.
Bir ton almanın orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 664 dollar ikən, 2023-cü ilin 4 ayında 646 dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.