2024-cü ilin oktyabr və yanvar-oktyabr ayları üzrə ən çox gəlir gətirən malların adları məlum olub.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr buraxılışında bildirilir.
2024-cü ilin yanvar-oktyabr ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (163.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,4 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (142 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin oktyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (48,1 milyon ABŞ dolları) birinci, xurma (23,8 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,4 milyon ABŞ dolları) üçüncü olub.