2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 12 milyon 104 min dollar dəyərində 18 335 ton alma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 896 min dollar və ya 19%, miqdar ifadəsilə 2 min 392 ton və ya 15% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 10 milyon 274 min dollar dəyərində 15 min 943 ton alma ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 kq almanın xaricə satışı üzrə orta qiymət 0,66 dollar və ya 1,12 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 0,64 dollar və ya 1,09 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan almanın orta satış qiyməti 3% artıb.