Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 527 min dollar dəyərində 1 185 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci ilin eyni dövrü ilə müqayisədə yük avtomobillləri dəyər ifadəsi ilə 8 milyon 960 min dollar və ya 66%, miqdar ifadəsi ilə 314 ədəd və ya 36% artıb.
Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 13 milyon 566 min dollar dəyərində 871 ədəd yük avtomobili gətirilib.
Azərbaycana gətirilən yük avtomobilinin sayının artması ilə yanaşı, onların qiymətində də artım olub. Belə ki, 2024-cü ilin iki ayında 1 ədəd yük avtomobilinin orta idxal qiyməti 19 010 dollar (32 317 manat) təşkil edib. 2023-ci ilin yanvar-fevral aylarında isə ölkəyə gətirilən yük avtomobillərinin orta qiyməti 15 576 dollar (26 479 manat) olmuşdu. Beləliklə son bir ildə idxal olunan yük avtomobilləri 3 434 dollar (5 838 manat) və ya 22% bahalaşıb.