2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 14 milyon 905,8 min ABŞ dolları dəyərində 155 min 369 baş diri qoyun idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 milyon 305,3 dollar və ya 38,4%, miqdar baxımından isə 157 min 564 ədəd və ya 2 dəfə azdır.
2023-cü ilin yanvar-oktyabr aylarında 24 milyon 211 min dollar dəyərində 312 min 933 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 10 ayına görə 96 dollar (163 manat) olub ki, bu illik müqayisədə 19 dollar (32 manat) və ya 24% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 77 dollar (132 manat) təşkil edib.