2023-cü ildə Azərbaycan xarici ölkələrdən 3 milyon 864 min ABŞ dolları dəyərində 717 ton badam idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 237,1 min dollar və ya 5,8%, həcm baxımından isə 24 ton və ya 3,2% azdır.
2022-ci ildə 4 milyon 101 min dollar dəyərində 741 ton badam idxal edilib.
1 ton badamın idxal qiyməti 2023-cü ildə 5 389 dollar, 2022-ci ilin eyni dövründə 5 534 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 145 dollar (2,6%) azalma baş verib.
Ümumilikdə isə 1 kq badamın idxalı 2023-cü ildə 9,16 manata və 2022-ci ilin eyni dövründə 9,13 manata başa gəlib.
Bununla yanaşı Azərbaycanın xaricdən aldığı badamın 2018-2023-cü illərdə ən baha olduğu qiymət 2019-cu ildə 1 kiloqram üçün təqribən 11 manat olub. Badam alışına ən çox vəsait də məhz bu ildə xərclənib.
Həmin dövrdə Azərbaycan xaricdən Qalan illərdə isə bu göstərici 9-10 manat arasında dəyişib.4 milyon 498 min dollarlıq 700,8 ton badam alıb.
Miqdar baxımından ən çox badam alışı isə 741,1 ton göstərici ilə 2022-ci ildə olub.
S/n |
İllər |
İdxal edilmiş malın kütləsi (kq) |
İdxal edilmiş malın kütləsi (dollar) |
1 kq-ın qiyməti (manat) |
1 |
2018 |
631 780 |
3 565 040 dollar |
9,59 manat |
2 |
2019 |
700 820 |
4 497 890 dollar |
10,91 manat |
3 |
2020 |
654 870 |
3 777 710 dollar |
9,81 manat |
4 |
2021 |
551 760 |
2 964 370 dollar |
9,13 manat |
5 |
2022 |
741 110 |
4 101 260 dollar |
9,41 manat |
6 |
2023 |
717 070 |
3 864 110 dollar |
9,16 manat |
Azərbaycan xarici ölkələrə ötən il ümumilikdə 1 milyon 867 min dollarlıq 845 ton badam ixrac edib.
Badam satışından gəlirlər son bir ildə 55,5 min dollar, ixrac edilmiş məhsulun miqdarı isə 157 ton (22,9%) artıb.
Ötən il isə xarici ölkələrə 1 milyon 812 min dollarlıq 687 ton badam ixrac olunub.
Badamın 1 tonun ixrac qiyməti ötən il 2 211 dollar, 2022-ci ildə isə 2 632 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 425 dollar (16,1%) azalma qeydə alınıb.
Bu da o deməkdir ki, badamın 1 kq-nın ixracı 2023-cü ildə 3,76 manat, 2022-ci ildə 4,48 manat təşkil edib.
Bununla yanaşı 2021-ci ildə 323,4 min dollarlıq 87,2 ton badam satılıb ki, bunun da 1 kq-ı 6,30 manat təşkil edib. Ondan əvvəlki illərdə badam satışı olmayıb.
Cədvəldən göründüyü kimi son üç ilə badamın ixracında miqdar və gəlir ifadəsində artım müşahidə olunsa da orta ixrac qiymətində azalmalar baş verir.
İllər |
İxrac olunan məhsulun kütləsi (kq) |
İxrac olunan məhsulun dəyəri (dollar) |
1 kq-ın dəyəri (manat) |
2 021 |
87 230 |
$323,370 |
6,30 ₼ |
2 022 |
687 370 |
$ 1,811,880 |
4,48 ₼ |
2 023 |
844 540 |
$ 1,867,420 |
3,76 ₼ |