Azərbaycanın ən böyük şirkəti və büdcə gəlirlərinin əsas təminatçılarından biri sayılan Dövlət Neft Şirkəti – SOCAR-ın vergi ödənişlərində problem yaranıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, SOCAR və onun törəmə müəssisələri onlara hesbalanan vergiləri ödəyə bilmirlər.
Dövlət qurumlarının açıqladığı rəsmi rəqəmlərə əsasən, bu ilin əvvəlinrdən başlayaraq 9 ayının yekununda Azərbaycanda neft-qaz şirkətlərinin dövlət büdcəsinə vergi borcları təqribən 9 dəfə artaraq yarım milyard manatı keçib.
Belə ki, 2026-cı ilin oktyabrın 1-ə olan vəziyyətə, neft-qaz şirkətlərinin vergi borcları 505 milyon manat təşkil edir ki, bu da ilin əvvəlindəki 8,7 dəfə artaraq 505 milyon manat təşkil edib. Vergi borcunun məbləği ilin əvvəlindən bəri 446 milyon manat artıb.
Vergi borclarının belə kəskin artımının əsas səbəbkarı SOCAR-dır. Rəsmi rəqəmlərə əsasən, borcların əhəmiyyətli dərəcədə artımının artması əsasən ARDNŞ və onun törəmə müəssisələrinin payına düşür. Belə ki, 505 milyon manatlıq ümumi borcun 490 milyon manatı və ya 97%-i SOCAR və onun törəmə müəssisələrinin hesabına yaranıb.
«Əsrin müqaviləsi» layihəsində də vergilərin ödənişi axsamağa başlayıb. Belə ki, «AzəriÇıraq-Günəşli» layihəsi çərçivəsində podratçı tərəflərin büdcəyə hesablanmış öhdəliklərinin həcmi 8,9 mln. manat olub k,İ bu da ümumi borcun 1,8%-dir.













