2023-cü ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 6 milyon 809 min 685,99 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 15,7% çoxdur.
Azərbaycanın martda gündəlik xam neft hasilatı - AÇIQLANDI
FED.az-a bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $4 milyard 272 milyon 127,65 min dəyərində (artım 16,1%) neft ixrac edilib.
2023-cü ilin yanvar-mart aylarında ixracın ümumi strukturunda neftin payı 55,19% (2022-ci ilin müvafiq dövründə 46,11%) təşkil edib.
Hesabat dövründə 16 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2023-cü ilin I rübündə neft ixracının 33%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və İspaniya da daxil olub.
2023-cü ilin yanvar-mart aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
# |
Ölkələr |
Məbləğ, min $ |
Miqdar, ton |
- |
Cəmi |
4 272 127,65 |
6 809 685,99 |
1 |
İtaliya |
1 438 281,73 |
2 249 020,21 |
2 |
İsrail |
445 682,27 |
710 896,11 |
3 |
İspaniya |
391 111,57 |
605 215,5 |
4 |
Hindistan |
314 834,62 |
522 083,55 |
5 |
Çexiya |
270 474,91 |
427 362,71 |
6 |
Almaniya |
248 823,84 |
391 093,25 |
7 |
Türkiyə |
227 565,71 |
379 318,16 |
8 |
Yunanıstan |
190 160,53 |
299 869,3 |
9 |
Avstriya |
152 155,74 |
266 568,71 |
10 |
Rumıniya |
112 481,23 |
176 403,69 |
11 |
İrlandiya |
93 438,2 |
175 028,65 |
12 |
Sinqapur |
87 786,40 |
138 338,45 |
13 |
Vyetnam |
85 115,06 |
138 516,86 |
14 |
İndoneziya |
85 009,7 |
128 188,47 |
15 |
Fransa |
66 307,7 |
108 829,65 |
16 |
Portuqaliya |
62 898,43 |
92 952,72 |
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az