Türkiyə öz boğazlarından xam neft daşıyan gəmilərə keçid üçün əlavə tələblər qoyub.
Eləcə də bax: Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı - ARTIR - MƏBLƏĞ
FED.az xəbər verir ki, bunu “Denizcilik Dergisi” Türkiyə Dəniz Qurumunun sənədinə istinadən xəbər verir.
İndi gəmilər sığortaçıdan xüsusi sığorta növünə - Mühafizə və Təminat Sığortasına (P&I) malik olduqlarını təsdiq edən məktub təqdim etməli olacaqlar. Sənəddə gəmi və yük haqqında da məlumatlar olmalıdır.
Daha əvvəl Bloomberg Türkiyə Nəqliyyat Nazirliyinə istinadən xəbər verib ki, Türkiyə dekabrın 1-dən etibarən Bosfor və Çanaqqala boğazlarından keçən gəmilərdən lazımi sığortanın təsdiqlənməsini tələb etməyə başlaya bilər. (Marja)