Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.
Eləcə də bax: KİV: “Türkiyə boğazlardan keçidin rüsumunu 5 dəfə artırıb”
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarl keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq". (Report)