Bu ilin 5 ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib.
Eləcə də bax: Büdcədə neftin orta qiyməti 35 dollar artırılır - SON QİYMƏT
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu eyni zamnada qazın qiymətindəki sıçrayışla bağlıdır: “Tədiyyə balansında bu ilin ilk 3 ayında neftdən əldə olunan gəlir 3,8 milyard ABŞ dollara yaxınlaşsa da, qaz ixracından gəlirlər 3,5 milyard ABŞ dolara yaxın olub”. (Report)